Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"Məcburi Köçkün Qadınlar" İctimai Birliyi yeni layihə həyata keçirir

0

  •          "Məcburi Köçkün Qadınlar" İctimai Birliyi yeni layihə həyata keçirir.
             "Məcburi Köçkün Qadınlar" İctimai Birliyi 15 may 2019 tarixdən - 15 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Gənclər və yeniyetmələrlə peşəkar zabitlərin görüşlərini təşkil etməklə onlarda hərbi vətərpərvərlik ruhunun gücləndirilməsinə  dəstək  olmaq” layihəsini həyata keçirəcək.
            Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan İqtisad Univeristetində  və Qubadlı rayon Hal kənd tam orta məktəbində təhsil alan gənclər və yeniyetmələr, döyüş bölgələrində yerləşmiş 3  “N” saylı hərbi hissələrin şəxsi heyəti ilə rəşadətli xidməti olmuş zabitlər və şəhid anaları ilə görüşlər təşkil edib iştirakçılara  hərbi vətənpərvərlik mövzusunda təbliğat aparmaqla onlara vətəni sevmək  hisslərini aşılamaq, məcburi köçkün yeniyetmələrdə peşəkar hərbici olmaq arzusunu yaratmaq, ön xəttdəki  şəxsi heyətin döyüş əzmini gücləndirilməklə yanaşı, qələbəyə inam hissinin yüksəlməsinə  nail olmaqdır.
             Layihə çərçivəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə  rəşadətli xidmətləri olmuş peşəkar zabitlərin döyüş yollarından bəhs edən 150 ədəd kitab və 12 şəhidin döyüş yollarından hazırlanmış 180 ədəd  stolüstü  kalendar hazırlanıb iştirakcılara paylanacaq.
             Layihə çərcivəsində hərbi hissələrin şəxsi heyəti üçün alınmış 3 ədəd televizor əvəzsiz olaraq hərbi hissələrə veriləcək.


      Zərifə Həmzəyeva

     “Məcburi Köçkün Qadınlar “ İB-nin sədri, 

        layihə rəhbəri: 

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib38 dəfə
    "Məcburi Köçkün Qadınlar" İctimai Birliyi yeni layihə həyata keçirir

    Maraqlı gələ bilər
    47
    147
    0
    51
    50
    46
    44